Bank Of Baku

Şəmkir sakinlərindən 3,79 kiloqram marixuana götürülüb

Şəmkir sakinlərindən 3,79 kiloqram marixuana götürülüb
# 21 aprel 2008 10:57 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov - APA. Şəmkir rayon Seyfəli kənd sakinləri, 1985-ci il təvəllüdlü Elməddin Müsaməddin oğlu Abbasov və 1990-cı il təvəllüdlü Mikayıl Qoşqar oğlu Əhmədov narkotik maddə olan 3,79 kiloqram marixuananı satarkən yaxalanıblar. Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə Baş İdarəsinin Qərb bölgəsi üzrə regional şöbəsindən APA-nın Qərb bürosuna verilən məlumata görə, adı çəkilən şəxslər əvvəllər narkotik maddə satışına görə məhkum olunublar. Faktla bağlı Cinayət Məcəlləsinin 234.4.2 (Təkrar olaraq qanunsuz maddələrin saxlanılması və əldə edilməsi) maddəsi ilə cinayət işi başlanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR