Bank Of Baku

Ağdam sakini yol qəzasında həlak olub

Ağdam sakini yol qəzasında həlak olub
# 24 may 2008 07:53 (UTC +04:00)
Tərtər. Teymur Zahidoğlu-APA. Bu gecə saat 22.00 radələrində Yevlax-Ağdam yolunun 40-cı kilometrliyində, Tərtərin Köçərli kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın Qarabağ bürosunun məlumatına görə, Ağdam rayon sakini 1966-cı il təvəllüdlü Abdullayev Bəxtiyar Salman oğlu idarə etdiyi “VAZ 2106” markalı, 51 BA 484 nömrə nişanlı maşınla Ağdam rayon Nəmirli kəndindən məcburi köçkün, 1939-cu il təvəllüdlü Baxşəliyeva Validə Teymur qızını vurub. V. Baxşəliyeva aldığı xəsarətdən ölüb. Tərtər rayon Polis Şöbəsinin İstintaq Qrupunun rəisi, polis mayoru Oqtay Muradov APA-nın Qarabağ bürosuna bildirib ki, faktla bağlı AR CM-nin 263.2 maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR