Bank Of Baku

Azərbaycan rayonlarından birində “Xaşxaş-2008” əməliyyatı keçirilib

Azərbaycan rayonlarından birində “Xaşxaş-2008” əməliyyatı keçirilib
# 24 may 2008 08:04 (UTC +04:00)
Masallı. Ağəddin Babayev-APA. Masallı rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları “Xaşxaş-2008” əməliyyatı keçiriblər. Bu barədə APA-nın cənub bürosuna rayon Polis Şöbəsinin istintaq bölməsinin rəisi Azər Bünyadov məlumat verib.
Onun sözlərinə görə, rayonun Ərkivan qəsəbə sakini, 1943-cü il təvəllüdlü Kamal Böyükxan oğlu Sərxanovun şəxsi həyətyanı torpaq sahəsinə baxış keçirilərkən xüsusi qaydada becərilmiş narkotik xassəli bitki sayılan 125 ədəd xaşxaş kolu aşkarlanaraq götürülüb. Rayonun Kolatan kəndində həyata keçirilən əməliyyat tədbirləri zamanı 1942-ci il təvəllüdlü Minarə Yədulla qızı İsmayılovaya məxsus şəxsi həyətyanı torpaq sahəsindən isə 8 ədəd xaşxaş bitkisi aşkarlanaraq müsadirə olunub. Hər iki faktla əlaqədar Masallı RPŞ-də Azərbaycan Cinayət Məcəlləsinin (CM) müvafiq maddələri ilə cinayət işi açılıb, istintaq aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR