Bank Of Baku

Azərbaycan paytaxtında kafelərdən birinə basqın olub

Azərbaycan paytaxtında kafelərdən birinə basqın olub
# 24 may 2008 09:10 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə-APA. Bu gecə Bakıda kafelərdən birinə basqın olub. Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Xırdalan - Binəqədi yolunda yerləşən “Nicat” kafesində baş verib. Gecə saat 00:20 radələrində 3 nəfər maskalı şəxs kafeyə basqın edərək, bıçaqla hədə-qorxu gəliblər və kassadakı pulları, işçilərin üstündə olan mobil telefonları götürərək qaçıblar. Hadisə zamanı xəsarət alan olmayıb. Basqınçıların kimliyi hələlik istintaqa məlum deyil. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR