Bank Of Baku

Bu ilin əvvəlindən indiyədək Bakıda yol hərəkəti qaydalarını pozan 193023 sürücü müəyyənləşdirilib

Bu ilin əvvəlindən indiyədək Bakıda yol hərəkəti qaydalarını pozan 193023 sürücü müəyyənləşdirilib
# 27 may 2008 13:13 (UTC +04:00)
Bakı. Hacı Zeynalov-APA. Bu ilin yanvarın 1-dən mayın 24-dək Bakıda yol hərəkəti qaydalarını pozan 193023 sürücü müəyyən edilib. Bu barədə APA-ya Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Vaqif Əsədov bildirib. Onun sözlərinə görə, sərxoş halda 2839, qəza şəraiti yaradan 2546, polisə təslim olmayan 558, dəmiryolu keçidi qaydalarını pozan 49, işıqforun qırmızı işığından hərəkət edən 7114, surət həddini aşan 9534, dövlət nömrə nişanı olmayan avtomobili idarə edən 387, sərnişindaşıma qaydalarını pozan 4049, ötmə və mane yol-ayrıclarının keçmə qaydasını pozan 8355, avtoxuliqan 277, sürücülük vəsiqəsi olmadan avtomobili idarə edən 3725 sürücü barəsində protokol tərtib edilib. V. Əsədov bildirib ki, bu müddətdə avtomobilinin şüşələrində pərdə-plyonka olan 187 sürücü müəyyənləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR