Bank Of Baku

Daşkəsən və Gədəbəyə yağan güclü yağış və dolu kənd təsərrüfatına ciddi ziyan vurub

Daşkəsən və Gədəbəyə yağan güclü yağış və dolu kənd təsərrüfatına ciddi ziyan vurub
# 27 may 2008 15:10 (UTC +04:00)
Daşkəsən. Gədəbəy. Ayxan Hüseynov-APA. Dünən saat 17.00 radələrindən etibarən Azərbaycan Daşkəsən və Gədəbəy rayonlarına güclü yağıntı düşüb. APA-nın Qərb bürosunun məlumatına görə, yağıntılar təqribən 20 dəqiqə ərzində güclü dolu ilə müşayiət olunub. Yerli sakinlərin verdiyi məlumata görə, rayonun bəzi yerlərinə görünməmiş dərəcədə böyük dolu parçaları yağıb. Dolu daha çox Daşkəsən rayonunun Kəmərqaya, Gülbulaq, Əmirvar və Quşçu kəndlərinə ziyan dəyib. Daşkəsən rayon icra hakimiyyətindən APA-nın Qərb bürosuna verilən məlumata görə, təbii fəlakət nəticəsində həmin kəndlərin əkin sahələri ciddi zərər çəkib. Yağan güclü yağış suları isə evlərin zirzəmilərinə dolub. Təbii fəlakət daha çox Quşçu kəndinə ziyan vurub. Quşçu kəndində təxminən 335 hektar əkin sahəsinə ciddi ziyan dəyib. Eyni zamanda leysan Daşkəsən rayon mərkəzində asfalt örtüyünü də sıradan çıxarıb. Qeyd edək ki, dolu ilə müşayiət olunan güclü yağışlar Gədəbəy rayonunun təsərrüfatına çox böyük ziyan vurmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR