Bank Of Baku

Azərbaycanın Balakən rayonuna güclü dolu düşüb

Azərbaycanın Balakən rayonuna güclü dolu düşüb
# 27 may 2008 16:19 (UTC +04:00)
Balakən. Hafiz Heydərov - APA. Bu gün Azərbaycanın şimal-qərb bölgəsinə güclü dolu düşüb. Nəticədə Balakənin Talalar kəndinə ciddi ziyan dəyib. Kənd sakinlərinin APA-nın Şəki-Zaqatala bürosuna verdikləri məlumata görə, yağıntı, əsasən kənd təsərrüfatına ziyan vurub, bəzi yaşayış obyektlərinin dam örtükləri yararsız hala düşüb. Balakənin Tülülər və Gərəkli kəndlərinə xeyli yağıntı düşüb. Nəticəsində bölgədəki çayların səviyyəsi qalxıb, ərazidə içməli su problemi yaranıb. Hazırda rayon İcra Hakimiyyəti dəyən ziyanın araşdırılması və problemin aradan qaldırılması üçün tədbirlər görür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR