Bank Of Baku

Xəzərdə dəniz quldurları peyda olub

Xəzərdə dəniz quldurları peyda olub
# 29 may 2008 11:58 (UTC +04:00)
Bakı. Zaur Nurməmmədov - APA. Xəzərdə son illər ərzində ilk dəfə dəniz quldurluğu faktı qeydə alınıb. APA-nın “Rossiyskaya qazeta”ya istinadən məlumatına görə, piratlar yalnız balıqçılara deyil, sərhədçilərin katerlərinə də hücum edirlər. Təkcə apreldə iki brakonyer barkası “Mars” sərhəd katerinə hücum edib. Bununla da brakonyerlər əsl pirat olduqlarını sübuta yetiriblər, Federal Təhlükəsizlik Xidmətinin Kalmıkiya və Həştərxan vilayəti üzrə sərhəd xidmətinin müstəntiqləri isə hüquq-mühafizə orqanlarının əməkdaşlarının həyatına sui-qəsd faktı üzrə cinayət işi açmalı olublar. Ümumilikdə 2007-2008-ci illərdə sərhədçilər 7 dəfə hücuma məruz qalıblar. Adətən dəniz quldurları “Bayda” markalı karkaslardan katerləri batırmaq üçün sürəkli atəş açılır. Bu ilin ilk aylarında Həştərxan və Kalmıkiya sahillərində sərhədçilər 70-dən artıq brakonyer dayanacağını aşkarlayaraq məhv ediblər. Qəzetin yazdığına görə, Qazaxıstan və Azərbaycanın sahil mühafizə xidmətləri aprelin 21-dən etibarən sahil sularında birgə operativ əməliyyata start veriblər. Təqribən 11,5 min kvadrat mil sahəni mühasirəyə almaq və brakonyerlərdən təmizləmək işinə hətta sərhəd aviasiyası da cəlb olunub. Nəticədə 41 brakonyer həbs olunub, yüzlərlə kiloqram nərə balığı müsadirə edilib. Dəniz quldurları da itkisiz ötüşmürlər. Son bir neçə ayda keçirilən əməliyyatlar zamanı piratlara məxsus 21 “Bayda” barkası məhv edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR