Bank Of Baku

Azərbaycanın Tərtər rayonunda orta məktəb və tibb məntəqəsinin ərazisində partlamamış top mərmiləri aşkarlanıb

Azərbaycanın Tərtər rayonunda orta məktəb və tibb məntəqəsinin ərazisində partlamamış top mərmiləri aşkarlanıb
# 29 may 2008 12:38 (UTC +04:00)
Tərtər. Teymur Zahidoğlu-APA. Tərtərin Qapanlı kəndindəki orta məktəb və tibb məntəqəsinin ərazisində partlamamış 122 mm-lik top mərmiləri aşkarlanıb. Tərtər Rayon Mülki Müdafiə qərargahının rəisi İlqar Musayevin APA-nın Qarabağ bürosuna verdiyi məlumata görə, xəstəxana binasının su anbarında tapılan mərmilərin müharibə vaxtı ermənilər tərəfindən atıldığı bildirilir. Daha bir mərmi isə sözügedən kəndin orta məktəb binasının yaxınlığında müəyyən olunub. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri hər iki əraziyə baxış keçiriblər. Minatəmizləyənlər partlayıcı qurğuların zərərsizləşdirilməsi üçün hazırlıq aparırlar. İ. Musayev onu da bildirib ki, kəndin torpaq sahələrinin çox hissəsi partlamamış hərbi sursatlarla çirklənmiş hesab olunur. Ərazidə 8 metr uzunluğunda partlamamış “Yer-yer” raket mərmisinin olduğu da müəyyənləşdirilib. Həmin mərminin zərərsizləşdirilməsi üçün də tədbirlər görülür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR