Bank Of Baku

Azərbaycanın Tərtər rayonunda məcburi köçkünlər arasında qarşıdurma baş verib

Azərbaycanın Tərtər rayonunda məcburi köçkünlər arasında qarşıdurma baş verib
# 29 may 2008 16:01 (UTC +04:00)
Tərtər. Teymur Zahidoğlu APA. Bu gün saat 17.00 radələrində Tərtərin Qazyan kəndinə məxsus keçmiş Kökəltmə Birliyində məskunlaşmış məcburi köçkünlər arasında qarşıdurma baş verib. APA-nın Qarabağ bürosunun məlumatına görə, nəticədə 4 nəfər - Əsədov İlyas Vəliş oğlu, Əsədov Faiq Vəliş oğlu, Qələndərov Ərşad Əbdüləli oğlu və Qələndərov Rəsul Ərşad oğlu müxtəlif bədən xəsarəti alaraq Ağdam rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralılardan 3-ün vəziyyəti ağırdır. Onların Məhərrəmov Şahmar Niyaz oğlu, onun qardaşı Qədim Məhərrəmov, Ş. Məhərrəmovun oğlanları Asəf, Sənan, Mahir ( Polis Akademiyasının müdavimidir) Məhərrəmovlar və Məhərrəmov Elnur Qırımxan oğlu ilə dalaşdıqları, əlbəyaxa olduqları bildirilir. İlkin ehtimala görə, hadisə əkin sahələrinin suvarılması üstündə baş verib. Belə ki, tərəflər suvarma vaxtında razılığa gələ bilməyiblər. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR