Bank Of Baku

Sabirabad sakinlərindən narkotik vasitələr götürülüb

Sabirabad sakinlərindən narkotik vasitələr götürülüb
# 29 may 2008 16:02 (UTC +04:00)
Sabirabad. Əlibəy Zeynalov-APA. Sabirabad sakinlərindən narkotik vasitələr götürülüb. Bu barədə APA-nın Mil-Muğan bürosuna Sabirabad rayon polis şöbəsinin əməliyyat işi üzrə rəis müavini Xalid Quliyevin məlumat verib. Onun sözlərinə görə, mayın 27-də keçirilən əməliyyat tədbirləri nəticəsində Sabirabad rayonu Qaratəpə kənd sakini, 1968-ci il təvəllüdlü Hüseynov Bilal Əlbaxış oğlunun həyətindən 6 ədəd çətənə kolu aşkarlanaraq götürülüb. Mayın 28-də isə Yenikənd sakini 1984-cü il təvəllüdlü Hüseynov Bayram Hüseyn oğlunun həyətyanı sahəsindən aqrotexniki qaydada becərilmiş və qulluq edilmiş ümumi çəkisi 12 kiloqram olan 26 ədəd çətənə kolu aşkarlanaraq götürülüb. Hər iki şəxs Sabirabad polisi tərəfindən həbs olunub və barələrində cinayət işi başlanıb, tədqiqat aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR