Bank Of Baku

Azərbaycan əsgəri güllə yarası ilə xəstəxanaya yerləşdirilib

Azərbaycan əsgəri güllə yarası ilə xəstəxanaya yerləşdirilib
# 29 may 2008 16:53 (UTC +04:00)
Bərdə. Teymur Zahidoğlu - APA. Bu gün Daxili Qoşunların Bərdədə yerləşən “N” saylı hərbi hissəsində xidmət edən Osmanov Ramil Şakir oğlu bədənin sol döşünün alt nahiyəsindən güllə yarası diaqnozu ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. APA-nın Qarabağ bürosunun məlumatına görə, hazırda əsgərin üzərində cərrahiyyə əməliyyatı aparılır. Onun vəziyyəti barədə məlumat verilmir. 1989-cu il təvəllüdlü R. Osmanov Qazax rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb. İlkin ehtimallara görə, əsgər intihara cəhd edib. Faktla bağlı araşdırma aparılır. Daxili Qoşunların mətbuat xidmətindən məlumatı dəqiqləşdirmək mümkün olmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR