Bank Of Baku

Şəkidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Şəkidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
# 30 may 2008 15:36 (UTC +04:00)
Şəki. Hafiz Heydərov-APA. Bu gecə Şəki rayonunda bir nəfərin ölümü, iki nəfərin isə ağır yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Şəki rayon Polis Şöbəsindən (RPŞ) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə saat 04:00 radələrində Xaldan-Balakən magistral yolunun 70-ci kilometrliyində qeydə alınıb. Balakən rayon sakini İlqar Maxammed oğlu Andalovun yüksək sürətlə idarə etdiyi “VAZ - 2107” markalı, 08 BD 488 dövlət nömrə nişanlı maşın aşıb. Nəticədə sərnişinlərdən Balakən rayon sakini, 1982-ci il təvəllüdlü Səxavət Ömər oğlu Məmmədov hadisə yerindəcə ölüb, Balakən rayon sakini, 28 yaşlı Şahin Fikrət oğlu Süleymanov və sürücü isə ağır bədən xəsarəti alıblar. Onlar Şəki Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı Şəki RPŞ-də cinayət işi başlanılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR