Bank Of Baku

Bakıda vətəndaşlardan narkotik vasitələr götürülüb

Bakıda vətəndaşlardan narkotik vasitələr götürülüb
# 31 may 2008 10:20 (UTC +04:00)
Bakı - APA. Mayın 30-da həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi və Nəsimi rayon Polis İdarəsinin əməkdaşları Bakı şəhər sakini Nizami Bağırovdan 0,319 qram heroin, Yasamal rayon Polis İdarəsinin əməkdaşları isə Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş Azad Həsənovdan 0,527 qram heroin götürüblər. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, həmin gün Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Soltan Turabovdan 0,513 qram heroin götürüblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR