Bank Of Baku

Azərbaycan paytaxtında avtomobil partladılıb

Azərbaycan paytaxtında avtomobil partladılıb
# 01 iyun 2008 08:48 (UTC +04:00)
Binəqədi Rayon 6-cı Polis Bölməsindən APA-ya verilən məlumata görə, Biləcəri qəsəbəsi, Yeni yaşayış Massivi, döngə 2-də yaşayan Xəlil Gümüşov səhər saatlarında qaraja daxil olaraq şəxsi avtomobilini işə salmaq istəyib. Bu zaman qarajda qumbara partlayıb. X.Gümüşov və onlara qonaq gələn bacısının həyat yoldaşı Eyyub Şıxəliyev ağır bədən xəsarətləri ilə Təcili Tibbi Klinik Xəstəxanaya yerləşdiriliblər. Xəstəxanadan verilən məlumata görə, onların vəziyyəti ağırdır. İlkin ehtimallara görə, qumbara qəsdən qaraja yerləşdirilib. Binəqədi Rayon Polis İdarəsində bütün versiyalarla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR