Bank Of Baku

Azərbaycan paytaxtında dəhşətli yanğın baş verib

Azərbaycan paytaxtında dəhşətli yanğın baş verib
# 01 iyun 2008 10:51 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Mayın 31-də axşam saatlarında Bakının Yasamal rayonunda dəhşətli yanğın hadisəsi baş verib. Bu barədə APA-ya Yasamal Rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata əsasən, hadisə rayon sakini Bayram Bayramovun evində baş verib. Yanğın nəticəsində ev sahibi B.Bayramov boğularaq dünyasını dəyişib. Hadisə yerinə Yasamal Rayon Dövlət Yanğından Mühafizə İdarəsinin əməkdaşları cəlb olunub. İlkin ehtimallara görə, yanğın qəsdən törədilib. Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR