Bank Of Baku

Ucardakı avtovağzalda yanğın baş verib

Ucardakı avtovağzalda yanğın baş verib
# 01 iyun 2008 17:15 (UTC +04:00)
Ucar. Zahid Abışov-APA. Bu gün saat 18 radələrində Ucar rayonundakı avtovağzala məxsus restoranda yanğın baş verib. APA-nın yerli bürosunun məlumatına görə, yanğın restoranın dam örtüyünü əhatə edib.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Ucar rayon Yanğından Mühafizə İdarəsinin əməkdaşları gəlib. İdarənin rəisi Müşfiq Məmmədov bildirib ki, yanğın nəticəsində restoranın ümumi sahəsi 575 kv metr olan dam örtüyü sıradan çıxıb. Onun sözlərinə görə, yanğının yaxınlıqdakı banka və satış mərkəzinə keçməsinin qarşısı alınıb. İlkin ehtimala görə, hadisə restorandakı sobadan bir neçə közün binanın dam örtüyünə sıçraması nəticəsində baş verib. Hadisə yerinə Göyçay rayonundan da əlavə yanğınsöndürən maşın cəlb edilib və yanğın tamamilə söndürülüb.
Hadisə nəticəsində ölən və yaralanan olmayıb. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, restoran 2006-cı il iyunun 9-da istifadəyə verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR