Bank Of Baku

Azərbaycanın Masallı rayonunda baş verən avtomobil qəzasında iki nəfər ölüb

Azərbaycanın Masallı rayonunda baş verən avtomobil qəzasında iki nəfər ölüb
# 02 iyun 2008 10:11 (UTC +04:00)
Masallı. Ağəddin Babayev-APA. Bu gün Masallıda iki nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası baş verib. APA-nın cənub bürosunun məlumatına görə, Masallı sakini, 1978-ci il təvəllüdlü Azad Murad oğlu Məmmədovun idarə etdiyi “VAZ 2107” markalı, 10 SC 988 nömrə-nişanlı avtomobil Masallı sakini, 1980-ci il təvəllüdlü Coşqun Əbdülhüseyn oğlu Hüseynovun idarə etdiyi “Mercedes 190” markalı, 44 BL 218 nömrə-nişanlı maşınla toqquşub. Nəticədə “VAZ 2107” sürücüsü və sərnişini, 1956-cı il təvəllüdlü Ədalət Xanoğlan oğlu Məmmədov ölüblər, ağır bədən xəsarəti alan C. Hüseynov isə Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR