Bank Of Baku

Azərbaycanın Lənkəran rayonunda cənazə maşını aşıb

Azərbaycanın Lənkəran rayonunda cənazə maşını aşıb
# 02 iyun 2008 10:32 (UTC +04:00)
Lənkəran - APA. Lənkəran rayonunun Biləsər kəndində cənazə maşını qəzaya uğrayıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, kənd sakini İsrafil Mirzəyev atdan yıxılıb və aldığı xəsarətdən ölüb. Mərhumun oğlu Yadigar Mirzəyev atasının meyitini “QAZ-66” markalı avtomobildə evə apararkən maşını aşırıb. Nəticədə “QAZ-66”ın xəsarət alan sərnişinləri, Y. Mirzəyevin qardaşı Ehtiram Mirzəyev, həmkəndliləri Gülü Rəhimova və Məmməd Ağayev xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı Lənkəran rayon Polis Şöbəsində araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR