Bank Of Baku

Ermənilər Hollandiya-Azərbaycan Türk Kültür Dərnəyinin Haaqadakı mərkəzi ofisinə basqın ediblər - FOTOSESSİYA

Ermənilər Hollandiya-Azərbaycan Türk Kültür Dərnəyinin Haaqadakı mərkəzi ofisinə basqın ediblər - <font color=#FF0000>FOTOSESSİYA</font>
# 02 iyun 2008 12:02 (UTC +04:00)
Dərnəyin sədri İlhan Askın APA-ya bildirib ki, iyunun 1-də səhərə yaxın yerli vaxtla saat 04:00 radələrində bir qrup naməlum şəxs qurumun ofisə hücum edib. Ofisin küçəyə baxan pəncərələri, quruma məxsus avadanlıqlar sındırılıb. O bu hadisənin ermənilər və PKK tərəfdarı olan kürdlər tərəfindən törədildiyini güman etdiyini də söyləyib: “Bu artıq ikinci hadisədir. Haaqada Xocalı soyqırımına abidə qoyulduqdan və digər tədbirlərdən sonra ofisimizə hücum oldu. Bir neçə ay öncə baş verən hadisə zamanı da ofisin pəncərələri sındırıldı. Ofisimizin aktivləşməsindən sonra Hollandiyadakı erməni birlikləri bizə təzyiqləri artırıb”. İ. Askın deyib ki, hadisə zamanı oğurluq halı baş verməyib: “Polis artıq təhqiqata başlayıb”.











1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR