Bank Of Baku

Millət vəkili Əhəd Əhmədov ailəsi ilə bağlı məlumatlara münasibət bildirib

Millət vəkili Əhəd Əhmədov ailəsi ilə bağlı məlumatlara münasibət bildirib
# 02 iyun 2008 13:13 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Məclisinin üzvü Əhəd Əhmədov bildirib. Deputat onu şantaj etmək və evindən oğurluq etməkdə təqsirləndirilən şəxslərin məhkəməsi ərəfəsində adının yenidən mətbuatda hallandırılmasının səbəbini anlamadığını deyib. Ə. Əhmədov barəsində yazılanların düz olmadığını iddia edərək, bunları şantaj xarakterli məlumatlar adlandırıb: “Sürücü kimdir ki, arvadımla birləşib məni döysün? Konkret cinayət törədən, evimdən oğurluq edən şəxslər var, onlar da öz cinayət əməllərini artıq etiraf ediblər. Bu adamlar nə oğurladıqlarını, hara apardıqlarını deyiblər. Mən oğurluq edən şəxsləri həbs etdirməməliyəm?” O deyib ki, dövlətə xidmət edir və hüquq-mühafizə orqanlarının obyektivliyinə inanır: “ Bu hadisədə kimin günahı varsa, cəzasını alacaq. Ən layiqli və dəqiq sözü məhkəmə deyəcək. Hər kəsin törədiyi cinayətin ağırlığından asılı olaraq cəzalandırılmasını istəyirəm. Cinayət törədən ən yaxın qohumum, hətta qardaşım olsa belə, onu bağışlamaram. Mən bu adamlarla öz dillərində danışmalı idim ki? Onlarla qanunun dili ilə danışmaq lazımdır”.
Ə. Əhmədov İmişlidə şərab zavodu alması ilə bağlı yazılanlara da aydınlıq gətirib: “İmişlini bir az tanıyanlar bilirlər ki, orda heç vaxt şərab zavodu olmayıb. Mən olmayan zavodu nə cür alıb-sata bilərəm?”
Qeyd edək ki, bu gün “Yeni Müsavat” qəzetində millət vəkili Əhəd Əhmədovun iddiası əsasında həbs olunmuş şəxslərin istintaqa verdikləri ifadələrdən müəyyən epizodlar dərc olunub. Qəzetin yazdığına görə, təqsirləndirilən şəxslər ifadələrində insidentin Əhəd Əhmədovun ailəsi və həyat yoldaşının şəxsi münasibətlərinin araşdırılması zamanı baş verdiyini bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR