Bank Of Baku

Moskvanın Basman bazarında baş vermiş faciə ilə bağlı açılmış cinayət işinə xitam verilib

Moskvanın Basman bazarında baş vermiş faciə ilə bağlı açılmış cinayət işinə xitam verilib
# 03 iyun 2008 09:44 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. 2006-cı il fevralın 23-də Moskvanın Basman bazarında 66 insanın ölümü ilə nəticələnmiş faciə ilə bağlı istintaq işinə xitam verilib. APA-nın Rusiya xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, “ehtiyatsızlıq ucbatından iki və daha çox insanın ölümünə səbəb olma” maddəsi ilə açılmış cinayət işi “günahkarların müəyyən edilməməsi” üzündən dayandırılıb. Bazarın direktoru Mark Mişiyevin və iş üzrə adı keçən digər şəxslərin günahını sübuta yetirmək mümkün olmayıb. Ekspertlərin rəyinə əsasən bazarın binasını layihələndirən, inşa və istismar edənlərin demək olar ki, hamısı hadisədə günahkardır, lakin məhz hansı səbəbdən tavanın uyduğunu müəyyən etmək mümkün deyil.
Qeyd edək ki, Basman bazarının tavanının uçması nəticəsində ölənlərin 47 nəfəri azərbaycanlı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR