Bank Of Baku

Goranboy və Cəlilabadda baş verən yol qəzalarında iki nəfər olüb

Goranboy və Cəlilabadda baş verən yol qəzalarında iki nəfər olüb
# 03 iyun 2008 11:56 (UTC +04:00)
Bakı - APA. İyunun 3-də saat 01.30 radələrində Goranboy rayonunun Dəliməmmədli qəsəbəsində Gəncə şəhər sakini Anar Layicovun idarə etdiyi "Opel" markalı və Göygöl rayon sakini Telman Məmmədovun idarə etdiyi "Kamaz" markalı avtomaşınlar toqquşub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nəticədə A. Layicovun sərnişini, Gəncə şəhər sakini Svetlana Əsgərova hadisə yerində ölüb, xəsarət alan A. Layicov və digər sərnişini, Bakı şəhər sakini Nailə Layicova isə xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırmalar aparılır.
Dünən saat 20.00 radələrində isə Cəlilabad rayonunun Qarazəncir kəndində Biləsuvar rayon sakini Hidayət Məmmədov "VAZ-2121" markalı avtomaşını idarə edərkən onu aşırıb. Nəticədə avtomobildə olan Biləsuvar rayon sakini Xuraman Abbasova hadisə yerində ölüb, xəsarət almış H. Məmmədov isə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Cəlilabad rayon Polis Şöbəsində araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR