Bank Of Baku

Qasırğa nəticəsində Şəkidə 200 fərdi evə, 30 yaşayış binasına, 60 sosial əhəmiyyətli obyektə ziyan dəyib

Qasırğa nəticəsində Şəkidə 200 fərdi evə, 30 yaşayış binasına, 60 sosial əhəmiyyətli obyektə ziyan dəyib
# 03 iyun 2008 13:16 (UTC +04:00)
Şəki. Hafiz Heydərov-APA. Mayın 29-30-da güclü qasırğa nəticəsində Şəki rayonunda 200 fərdi yaşayış evinə, 30 yaşayış binasına və 60 sosial əhəmiyyətli obyektə ziyan dəyib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Şəki rayon Fövqəladə Hallar Komissiyasının sədri Valeh Ələkbərov məlumat verib. V. Ələkbərovun sözlərinə görə, hazırda ziyanın araşdırılması istiqamətində işlər davam edir. Baş vermiş təbii fəlakətlə bağlı Fövqəladə Hallar Nazirliyinin bir qrup nümayəndəsinin rayona baş çəkdiyini vurğulayan V. Ələkbərov qasırğanın törətdiyi fəsadlarının aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirildiyini bildirib. Artıq rayonun bütün ərazilərinə elektrik enerjisinin verilməsi bərpa edilib və yollar yıxılmış ağaclardan tam təmizlənib. Bəzi kəndlərdə fərdi yaşayış evlərinə dəymiş ziyanın daxili imkanları hesabına aradan qaldırıldığını qeyd edən komissiya sədri bu işdə yerli bələdiyyələrində yaxından köməklik göstərdiyini vurğulayıb. Hazırda isə rayona dəymiş ziyanın məbləği hesablanır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR