Bank Of Baku

Lənkəranda yol qəzası baş verib

Lənkəranda yol qəzası baş verib
# 04 iyun 2008 07:36 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev-APA. Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə APA-nın cənub bürosuna Lənkəran Şəhər Polis Şöbəsinin (ŞPŞ) müstəntiqi Şaban Kərimov məlumat verib. Hadisə şəhərin Mir Mustafa xan və Hacı Nasir küçələrinin kəsişməsində qeydə alınıb. Lənkəran şəhər sakini, 1970-ci il təvəllüdlü Mehman Qadir oğlu Salmanovun idarə etdiyi “VAZ - 2106” markalı, 19 BO 380 nömrə nişanlı avtomobil Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Səbuhi Səxavət oğlu Zeynalovun idarə etdiyi “Mercedes - 240” markalı, BO 90 L tranzit nömrə nişanlı avtomobillə toqquşub. Nəticədə “VAZ - 2106” nın sürücüsü və sərnişini, M. Salmanovun həyat yoldaşı, 1979-cu il təvəllüdlü Vüsalə Davud qızı Səlimova və 3 yaşlı qızı Əsmər beyin silkələnməsi və kəllə-beyin travması diaqnozları ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasının (MRX) travmatologiya şöbəsinə yerləşdiriliblər. Azyaşlının vəziyyətinin ağır olduğu bildirilir. Qəza nəticəsində yolun kənarındakı işıqfor da yararsız hala düşüb. Faktla bağlı Lənkəran ŞPŞ-də araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR