Bakıda oğurluq hadisəsi baş verib.
APA-nın məlumatına görə, fevralın 21-də Şəmsi Bədəlbəyli küçəsində T. Məhərrəmova aid köşkun soyuducusundan 200 manat dəyərində içki oğurlanıb.
Nəsimi rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan N. Əliyev tutulub.
Faktla araşdırma aparılır.