Bakının Nizami rayonunda 23 yaşlı oğlan bıçaqlanıb.
APA xəbər verir ki, hadisə metronun "Neftçilər" stansiyasının yaxınlığında baş verib.
1998-ci il təvəllüdlü Əsədzadə Sənan Yavər oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.
Yaralı xəstəxanaya yerləşdirilib.