Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Üzeyir Hacıbəyov prospektində qeydə alınıb.
“QAZel” markalı yük maşını ilə “Damas” markalı avtomobilin toquşması nəticəsində bir nəfər yarlanıb.
“Damas” markalı maşındakı sərnişin, 1971-ci il təvəllüdlü Quliyeva Gövhər Eldar qızı xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Xəstəyə lazımi tibbi yardım göstərilib. Onun vəziyyətinin kafi olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.