Abşeron Rayon Polis İdarəsinə Fatmayı qəsəbəsi ərazisində qəsəbə sakini E.Hüseynovun xuliqanlıq zəminində silahla hədələnməsi barədə müraciət daxil olub.
Bu barədə APA-ya DİN-dən məlumat verilib. Xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Laçın rayon sakini Əlövsət Rüstəmov müəyyən olunaraq saxlanılıb. Ondan qeydiyyatda olan “Escort” markalı vinçester silahı və 5 ədəd patron aşkar olunaraq götürülüb. Araşdırma aparılır.