Bank Of Baku

Aeroport şossesində həkim idarə etdiyi avtomobillə piyadanı vuraraq öldürüb - YENİLƏNİB

Aeroport şossesində həkim idarə etdiyi avtomobillə piyadanı vuraraq öldürüb - YENİLƏNİB
# 24 oktyabr 2022 08:47 (UTC +04:00)

Aeroport şossesində piyadanı vuraraq öldürən sürücü həkim olub.

APA xəbər verir ki, hadisəni törədən Eldəniz Əliyev akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində ürək-damar cərrahiyə şöbəsinin həkimidir.

O, yaralı piyadaya ilkin tibbi yardım göstərib.

Daha sonra yaralını xəstəxanaya aparmağa çalışıb.

Buna baxmayaraq piyada yolda ölüb.

***

Saat 08:27

Bakının Suraxanı rayonunda ağır yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə aeroport şossesinin Əmircan qəsəbəsi ərazisinə düşən hissəsində qeydə alınıb.

Belə ki, magistral yolda piyada - 1986-ci il təvəllüdlü Xalıqov Zaur Aydın oğlu yolun əks tərəfinə keçərkən onu minik avtomobili vurub.

Sürücü xəsarət almış piyadanı xəstəxanaya aparararkən Z.Xalıqov yolda dünyasını dəyişib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları sürücünün izahatını alıb və araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR