Paşha Bank
Bank Of Baku

Ağcabədidə qəbiristanlıqdan 10 min manatlıq aksesuar oğurlanıb - FOTO

Ağcabədidə qəbiristanlıqdan 10 min manatlıq aksesuar oğurlanıb - FOTO
# 16 noyabr 2026 16:21 (UTC +04:00)

Ağcabədi rayonunda qəbiristanlıqdan mərmər aksesuarlar oğurlanıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Yuxarı Qiyaməddinli kənd qəbiristanlığında qeydə alınıb.

Bir neçə gün əvvəl yaxınlarının məzarını ziyarətə gələn sakinlər qəbirüstü abidələrin üzərindəki mərmər gül qablarının oğurlandığını aşkar ediblər.

Kənd sakinlərinin iddiasına görə, oğurlanan əşyaların ümumi dəyəri 10 min manatdan çoxdur.

Sakinlər hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verdiklərini bildiriblər.

Qeyd olunan faktla bağlı Ağcabədi rayon polis şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR