Xüsusilə külli miqdarda dələduzluqda ittiham edilən sahibkar Nofəl Hacıyev və Talış Məhəmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Nofəl Hacıyev 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 72 yaşlı Talış Məhəmmədova isə yaşı və səhhəti nəzərə alınmaqla, 1 il sınaq müddəti olunmaqla, 3 il şərti cəza verilib.
Qeyd edək ki, Nofəl Hacıyev “Təbriz” MTK-nın rəhbəri, Talış Məhəmmədov isə icraçı direktoru olub.
Onlar 2018-2022-ci illər ərzində “Təbriz” MTK-nın inşası davam edən binasından bir mənzili bir neçə şəxsə sataraq dələduzluq yolu ilə 172 vətəndaşdan ümumilikdə 14 milyon manat əldə etməktə ittiham olunurlar.
Onlara Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan cinayət işi üzrə Cinayət Məcəlləsinin 178.4-cü, 308.2-ci və digər maddələri üzrə ittiham elan olunub.