Bank Of Baku

Ağcabədidə yol kənarında yanğın olub - FOTO

Ağcabədidə yol kənarında yanğın olub - FOTO
# 22 iyul 2024 17:29 (UTC +04:00)

Ağcabədi rayonunda yanğın hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Bəhrəmtəpə-Mingəçevir magistral yolunun Ağcabədi rayonunun Təzəkənd kəndindən keçən hissəsində qeydə alınıb.

Yol kənarında salınmış yaşıllıq massivində yanğın başlayıb. Nəticədə bir neçə irigövdəli ağac yanıb.

Əraziyə dərhal FHN-in Ağcabədi rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən briqadası cəlb olunub. Yanğının genişlənməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR