Ağdamda avtomobil aşaraq yanıb, xəsarət alan var - FOTO

Ağdamda avtomobil aşaraq yanıb, xəsarət alan var - FOTO
# 17 iyul 2024 13:33 (UTC +04:00)

Ağdamda avtomobil yanıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Sarıcalı kəndi ərazisində qeydə alınıb.

Rayon sakininin idarə etdiyi "VAZ-21015" markalı, 10 NS 315 dövlət nömrə nişanlı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq yol kənarına aşıb. Bundan sonra maşında yanğın başlayıb.

Hadisə yerinə FHN-nin yanğınsöndürənləri cəlb olunub, yanğın söndürüıüb. Sürücü müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR