Ağdamda avtomobil piyadanı vuraraq öldürüb.
APA-nın yerli bürosunun xəbərinə görə, yol-nəqliyyat hadisəsi rayonun İmamqulubəyli qəsəbəsi ərazisində baş verib.
Rayon sakini Abdullayev Gündüz Şahin oğlunun idarə etdiyi "Opel" markalı minik maşını piyada, 1997-ci il təvəllüdlü Zeynalov Hüseyn Mübariz oğlunu vurub.
Piyada hadisə yerində ölüb.
Faktla bağlı Ağdam rayon Polis Şöbəsində araşdırma aparılır.