Dünən Ağdaşda kanala düşərək boğulan yeniyetmənin meyiti tapılıb.
APA-nin Şirvan bürosu xəbər verir ki, suda boğulan 2010-cu il təvəllüdlü Vüqar Zakirlinin meyiti kanala düşdüyü ərazidən bir qədər aralıda aşkarlanıb.
Meyit FHN-nin əməkdaşları tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Fövqəladə Hallar Nazirliyi də hadisə ilə bağlı məlumat yayıb. Qeyd olunub ki, "112" qaynar telefon xəttinə Yuxarı Şirvan kanalının Ağdaş rayonunun Qoşaqovaq kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu çağırış üzrə cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
***
10.38
Ağdaşda 14 yaşlı oğlan su kanalında boğulub.
APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə dekabrın 11-i saat 17 radələrində qeydə alınıb.
Ağdaş şəhər sakini 2010-cu il təvəllüdlü Vüqar Zakirli Qoşaqovaq kəndinin ərazisindən keçən Şirvan kanalında əlini yumaq istəyərkən yıxılaraq suya düşüb. Onun kanalda boğulduğu bildirilir.
Axtarışlar aparılır.