Ağstafada bıçaqlanma hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Həsənsu kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 1978-ci il təvəllüdlü E. Kərimov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yeləşdirilib.
Dərhal ona yardım edilib, hazırda vəziyyətinin orta ağır olduğu bildirilir.
Araşdırma zamanı məlum olub E. Kərimovu tanışı 1983-cü il təvəllüdlü Ş. İsmayılov tərəfindən aralarında baş verən mübahisə zamanı bıçaqlanıb.
Polis əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1983-cü il təvəllüdlü Ş. İsmayılov saxlanılıb.
Hazırda faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.