Bank Of Baku

Ağstafada ayrı-ayrı vaxtlarda 5 üzvü ölən ailənin evi yanıb, araşdırma aparılır

Ağstafada ayrı-ayrı vaxtlarda 5 üzvü ölən ailənin evi yanıb, araşdırma aparılır
# 05 yanvar 2026 15:36 (UTC +04:00)

Ağstafada yanğın hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qırılı kəndində Sahil İsmayılova məxsus evdə qeydə alınıb.

Hadisə yerinə FHN-nin yanğınsöndürənləri cəlb edilib. Yanğın söndürülüb, evin qalan hissəsi yanğından mühafizə olunub.

Qeyd edək ki, İsmayılovlar ailəsinin 5 üzvü bir ildə müxtəlif vaxtlarda bədbəxt hadisələr nəticəsində ölüb. 2024-cü ilin avqust ayında 2 yaşlı Gülxar İsmayılzadə, daha sonra onun nənəsi və babası, ailənin digər azyaşlı övladı ölüb. Ötən il iyulun 8-də isə ailənin gəlini Şəfayət İsmayılova şüşə silərkən nərdivandan yıxılaraq ölüb.

Faktla bağlı rayon Polis İdarəsinin və prokurorluğun əməkdaşları əraziyə baxış kecirib. Hazırda yanğının səbəbləri araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR