Bank Of Baku

Ağstafada minik avtomobil maneyə çırpılıb, xəsarət alanlar var

Ağstafada minik avtomobil maneyə çırpılıb, xəsarət alanlar var
# 24 oktyabr 2022 07:58 (UTC +04:00)

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2107” markalı minik maşınının sürücüsü idarəetməni itirib.

Nəticədə avtomobil yol kənarındakı betona çırpılıb.

Qəza zamanı Şəmkir rayon sakiniləri 1995-ci il təvəllüdlü Elxan Əmiraslanov və 1993-cü il təvəllüdlü Nuru Sadıqov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR