Bank Of Baku

Ailə münaqişəsi zamanı gənc qız bıçaq xəsarəti alıb - YENİLƏNİB

Ailə münaqişəsi zamanı gənc qız bıçaq xəsarəti alıb  - YENİLƏNİB
# 16 dekabr 2022 01:39 (UTC +04:00)

Ər arvadını bıçaqlayan zaman atası ilə anasının davasının qarşısını almağa çalışan 2003-cü il təvəllüdlü Məmmədova Gülmira Aqil qızı da sol əlindən bıçaqlanıb.

APA-nın xəbərinə görə, yaralı xəstəxanaya yerləşdirilib. Həyat yoldaşı tərəfindən bıçaqlanan 1977-ci il təvəllüdlü Məmmədova Gülmira Cümşüd qızının vəziyyəti ağırdır. O, 3 saylı şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

***

00.38

Dekabrın 15-də gecə saatlarında Sabunçu rayonu Sabunçu qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

DİN-in mətbuat xidmətindən APA-ya bildirilib ki, 1973-cü il təvəllüdlü Aqil Məmmədov 1977-ci il təvəllüdlü həyat yoldaşına bıçaqla ağır bədən xəsarəti yetirib. Qadın xəstəxanaya yerləşdirilib, vəziyyəti ağır kimi qiymətləndirilir.

Polisin keçirdiyi tədbirlərlə A.Məmmədov saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR