Bank Of Baku

ANAMA: Laçında minaya düşən digər şəxsin vəziyyəti qənaətbəxşdir

ANAMA: Laçında minaya düşən digər şəxsin vəziyyəti qənaətbəxşdir
# 22 oktyabr 2022 10:12 (UTC +04:00)

2022-ci 21 oktyabr tarixində Laçın rayonunun Suarası kəndində minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlayışı baş verib. Minalı ərazidə baş verən hadisə nəticəsində ağır xəsarət alan 1977-ci il təvəllüdlü Həmidov Elsəvər Sovet oğlu həlak olub.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən APA-ya verilən xəbərə görə, 1977-ci il təvəllüdlü Həsənov Səbuhi Telman oğlu bədənin müxtəlif nahiyələrindən qəlpə yaraları alıb, vəziyyəti qənaətbəxşdir.

ANAMA bir daha vətəndaşları təhlükəli ərazilərə daxil olmamağa, məsuliyyətli və diqqətli davranmağa çağırır: "Unutmayın, yanlış atılan hər bir addım həyatınızı itirməyə səbəb ola bilər!"

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR