Bank Of Baku

ANAMA-nın 3 əməkdaşı Füzulidə yol qəzasında xəsarət alıb

ANAMA-nın 3 əməkdaşı Füzulidə yol qəzasında xəsarət alıb
# 09 dekabr 2024 17:02 (UTC +04:00)

Bu gün Füzuli rayonunun Arayatlı kəndi ərazisində yol nəqliyyat hadisəsi baş verib.

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, hadisə nəticəsində Agentliyin əməkdaşları Qəhrəmanov Salman, Bəylərzadə Ramiz və Qasımov Mustafa xəsarət alıb.

Xəsarət alan şəxslər Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardım göstərildikdən sonra Gəncə şəhər xəstəxanasına göndərilib. Vəziyyətləri orta ağırdır.

Hadisə əməkdaşın şəxsi avtomobili ilə hərəkətdə olduğu zaman baş verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR