Bank Of Baku

Astarada dənizdə boğulan şəxsin kimliyi məlum olub - YENİLƏNİB

Astarada dənizdə boğulan şəxsin kimliyi məlum olub - YENİLƏNİB
# 20 avqust 2026 10:18 (UTC +04:00)

Astarada bir nəfərin dənizdə batması barədə FHN-nin Cənub Regional Mərkəzinə məlumat daxil olub.

APA-nın cənub bürosunun xəbərinə görə, hadisə Xəzər dənizinin Astara şəhər ərazisində, nəzarət olunmayan hissədə baş verib.

Masallı rayonunun Kosagül kənd sakini olan 1990-cı il təvəllüdlü Elmar Bəybala oğlu Məmmədli yaxın qohumları ilə çimmək üçün dənizə gəlib.

Əraziyə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri cəlb olunub və axtarışlara başlanılıb.

Hazırda xilasedicilər 36 yaşlı Elmar Məmmədlinin axtarışlarını aparır.

Qeyd edək ki, Elmar Məmmədli ailəlidir və 5 uşaq atasıdır.

***

19.08.2026, 21:58

Astara şəhərinin “Bulvar” ərazisində bir nəfərin Xəzər dənizində batması barədə məlumat daxil olub.

APA-nın cənub bürosu xəbər verir ki, Masallı rayonunun Kosagül kənd sakini olan şəxs dənizdə itkin düşüb.

Hazırda onun axtarışları aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR