Astaradakı qətlin təfərrüatları məlum olub - YENİLƏNİB 3

Astaradakı qətlin təfərrüatları məlum olub  - YENİLƏNİB 3
# 30 iyun 2024 04:03 (UTC +04:00)

Astarada baş verən güllələnmə hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Hadisəni törətməkdə şübhəli bilinən Bəşir İsrafilovun qardaşı Fazil İsrafilov, APA - nın cənub bürosuna bildirib ki, qardaşı və həmkəndliləri Namik Əhədov arasında yaranan mübahisə namus üstündə baş verib.

Belə ki, təqribən 7 ay bundan əvvəl Namik Əhədov, Bəşir İsrafilovun xanımına qarşı əxlaqsız hərəkətlər edib və bunu videoya çəkərək Bəşirə göstərib. Bu hal bir neçə dəfə təkrarlanıb. Bəşir, Namikin onun xanımına etdiyi hərəkətlərə görə polisə də müraciət edib.

Sonra Bəşir yoldaşından ayrılıb, başqası ilə ailə həyatı qurub. Bir neçə gün bundan əvvəl yenə də onların arasında mübahisə yaranıb. Buna dözməyən Bəşir, atalarından yadigar qalan ov tüfəngini götürüb Namiki qətlə yetirib, sonra da həmin ov tüfəngi ilə üz nahiyəsinə atəş açaraq, özünü də öldürmək istəyib.

Hazırda faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

***

00:36

TƏBİB Astarada baş vermiş güllələnmə hadisəsi ilə bağlı məlumat yayıb.

APA xəbər verir ki, məlumatda bildirilir:

"29.06.2024-cü il tarixində saat 23:00 radələrində Astara rayon Şüvi kəndində baş vermiş güllələnmə hadisəsi ilə bağlı 1 nəfər (kişi cinsli) şəxs siffətin dağılmış-didilmiş yarası ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasıqnın təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Yaralıya zəruri ilkin tibbi xidmətlər göstərilib, xəsarət alanın müalicəsi cərrahiyyə şöbəsində davam etdirilir."

***

00:00

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosunun sorğusuna cavab olaraq bildirilib ki, iyunun 29-da saat 22 radələrində Astara rayonunun Şüvi kənd sakini 1967-ci il təvəllüdlü Namik Əhədovun ov silahı ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Şəxsi münasibətlər zəminində cinayəti törətməkdə şübhəli bilinən həmkəndlisi 1983-cü il təvəllüdlü Bəşir İsrafilov daha sonra həmin ov silahı ilə özünə xəsarət yetirib. O, xəstəxanaya çatdırılıb.

Araşdırma aparılır.

***

23:22

Astarada güllələnmə nəticəsində bir nəfər ölüb.

APA - nın cənub bürosunun verdiyi məlumata görə Astara rayon Şüvi kənd sakini 1983-cü il təvəllüdlü Bəşir Əli oğlu İsrafilov həmkəndlisini güllələyərək qətlə yetirib.

Sonra o özünü öldürmək məqsədilə baş nahiyyəsindən atəş açıb. B.İsrafilov ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR