Astarada maşın piyadanı vuraraq öldürüb.
APA xəbər verir ki, hadisə rayonun Lovayın kəndi ərazisində qeydə alınıb.
Raman Hidayətovun idarə etdiyi “VAZ 2107” markalı avtomobil piyada 1956-cı il təvəllüdlü Tahir Qənbərovu vurub. Xəsarət alan piyada xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi başlanılıb.