Bank Of Baku

Avtoxuliqanlıq edib, görüntüləri paylaşan azyaşlı müəyyən edilib

Avtoxuliqanlıq edib, görüntüləri paylaşan azyaşlı müəyyən edilib
# 03 noyabr 2022 11:51 (UTC +04:00)

Masallıda avtoxuliqanlıq edib, görüntülərini sosial şəbəkədə paylaşan şəxs müəyyən edilib.

APA-nın cənub bürosu xəbər verir ki, sosial şəbəkədə sutkanın qaranlıq vaxtlarında Masallı şəhəri ərazisində avtoxuliqanlıq hərəkətləri edərək ictimai asayişi nümayişkaranə şəkildə pozan və digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan sürücünün görüntüləri paylaşılıb.

DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev APA-ya bildirib ki, sözügedən görüntülərlə bağlı Masallı Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində həmin nəqliyyat vasitəsi və sükan arxasında olan şəxs müəyyən edilib. Həmin şəxsin Masallı rayon sakini olan bir nəfər azyaşlı olduğu müəyyən edilib. İdarəetmə hüququ olmadan sürdüyü “VAZ - 2107” markalı avtomobillə dəfələrlə yol hərəkəti qaydalarını kobud şəkildə pozan həmin şəxs barəsində müvafiq qaydada tədbirlər görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR