Bank Of Baku

Bakı bulvarında dənizdə batma təhlükəsi olan qadın xilas edilib - VİDEO

Bakı bulvarında dənizdə batma təhlükəsi olan qadın xilas edilib - VİDEO
# 20 dekabr 2024 17:37 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.

APA xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupu cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan vətəndaş - 1961-ci il təvəllüdlü S.Ağayeva dalğıclar tərəfindən xilas edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR