Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi ödənişli avtomobil yolunda qəza olub.
APA-nın Şimal bürosu xəbər verir ki, yolun Xaçmaz rayonunun Hülövlü kəndi yaxınlığından keçən hissəsində 3 avtomobil qəzaya uğrayıb.
Öncə "Chery" markalı minik avtomobili idarəetməni itirərək aşıb. Daha sonra hadisə yerində dayanmaq istəyən "KİZ" markalı avtomobilə arxadan gələn "Chevrolet" markalı nəqliyyat vasitəsinə çırpılıb.
Ümumilikdə 8 nəfər - Sumqayıt şəhər sakinləri - 2010-cu il təvəllüdlü Sərdarlı Aylin Rauf qızı, 2006-cı il təvəllüdlü Əliyeva Məryəm Natiq qızı, 2010-cu il təvəllüdlü Ömər Əli Natiq oglu, Bak şəhər sakinləri - 1993-cü il təvəllüdlü Rəfiyeva Gülgün Tahir qızı, 2015-ci il təvəllüdlü Rəfizadə Fatimə Muradil qızı, 1952-ci il təvəllüdlü Huseynova Güldəstə Bəşir qızı, 1990-cı il təvəllüdlü Hüseynova Güldəstə Nafiz qızı, 1979-cu il təvəllüdlü Huseynova Ədibə Əziz qızı müxtəlif dərəcəli xəsarətlar alıb. Onlar Xaçmaz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.