Bakı-Şamaxı-Yevlax avtomobil yolunda zəncirvari qəza baş verib.
APA xəbər verir ki, hadisə günorta saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 189-cu kilometrliyində, Göyçayın Şahsoltanlı kəndi ərazisində qeydə alınıb.
“VAZ 2106” markalı avtomobil “Chevrolet”lə toqquşub, daha sonra yoldan keçən digər “VAZ 2106” markalı avtomobilə çırpılıb. Qəza nəticəsində Ucar rayon sakinləri - 1960-cı il təvəllüdlü İbrahimov Vahid Məmməd oğlu və onun həyat yoldaşı, 1973-cü il təvəllüdlü İbrahimova Aynur Davud qızı xəsarət alıb.
Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta ağırdır.
Faktla bağlı araşdırma aparılır.