Bank Of Baku

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi və sektor müdirinin məhkəməsi keçirilib

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi və sektor müdirinin məhkəməsi keçirilib
# 11 noyabr 2026 16:32 (UTC +04:00)

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri olmuş Eldəniz Qulamovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi keçirilən prosesdə təqsirləndirilən Eldəniz Qulamov müdafiəçisindən imtina edib.

Təqsirləndirilən şəxs bildirib ki, vəkil müdafiəsini düzgün qurmayıb, müqavilə bağladığı digər vəkil də məhkəmənin günü və saatı barədə məlumatlı olmasına rəğmən məhkəmə prosesinə qatılmayıb, rayonda olduğunu bildirib.

Hakim Eldar İsmayılov bunu məhkəmənin işini yubadaraq, onu süni şəkildə uzatmaq kimi qiymətləndirib.

Hakim xatırladıb ki, vəkil iki prosesdir məhkəməyə gəlmir və növbəti prosesdə iştirak etmədiyi təqdirdə, onun barəsində Vəkillər Kollegiyasına təqdimat göndəriləcək.

Proses noyabrın 25-də davam etdiriləcək.

Qeyd edək ki, Raqif Abbasov və Eldəniz Qulamovadı 1 milyon manata yaxın dövlət vəsaitini mənimsəmədə ittiham olunurlar.
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində onlara qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb. Onların barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

İş üzrə zərərçəkmiş qismində Azərbaycan Respublikasının Gənclər və İdman Naziriyi tanınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR